AsyaAvropaDünyaXƏBƏRLƏR

ABŞ nümayəndə heyəti Bakı səfərindən sonra İrəvanda “erməni soyqırımını” anacaq

Sabah Bakıya səfəri nəzərdə tutulmuş ABŞ Konqresinin nümayəndə heyəti Azərbaycana səfərindən sonra İrəvanda “erməni soyqırımı qurbanları”nın anılması mərasimində iştirak edəcək.

ABŞ-ın Bakıdakı səfirliyindən APA-ya verilən məlumata görə, konqresmen Edvard Roysun rəhbərlik etdiyi nümayəndə heyətinə Konqresin renkinq komitəsinin üzvü Elliot İngel, habelə Luis Frankel və Devid Sisillin daxildir.

Konqresmenlər Azərbaycanın rəsmi şəxsləri, habelə qeyri hökumət siyasi f’allar ilə görüşlər keçirəcəklər.
Səfər aprelin 20-də başa çatacaq.

ABŞ Konqresinin nümayəndə heyətinin həmçinin Kiyev və İrəvana səfəri planlaşdırılır.

Ermənistan mətbuatının yazdığına görə, İrəvanda ABŞ nümayəndə heyəti “erməni soyqırımı qurbanları”nın anılması mərasimində iştirak edəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu