AzərbaycanDünyaXƏBƏRLƏR

Azərbaycanın tanınmış siyasi məhbusları

Hazırda Azərbaycan Respublikasında zindanlarında sabiq nazirdən tutmuş partiya funksionerinə, baş redaktordan bloggerə qədər xeyli dustaq var.

Musavat qəzetinin bununla bağlı hazırladığı məqalədə oxuyuruq : “Azərbaycan həbsxanalarında hazırda xeyli siyasi və vicdan məhbusları var. Onların bir qismi jurnalist fəaliyyətinə, bir qismi partiya mənsubiyyəti olduğuna, başqa qismi isə sosial şəbəkələrdə hakimiyyət əleyhinə göstərdikləri fəaliyyətə görə həbs olunublar. Siyasi məhbuslar adətən dələduzluq, iğtişaş təşkiletmə və iştiraketmə, qanunsuz olaraq silah saxlama, narkotik və s. ittihamlarla həbs olunurlar. 2014-cü ilin yanvar ayında ölkədəki məhbuslarla bağlı Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus qanunsuz həbs olunanların siyahısını hazırlamışdı. Siyahıda Azərbaycanda 38 vicdan məhbusu və 96 siyasi məhbus olduğu qeyd olunub. 38 vicdan məhbusundan 11-i jurnalist və bloggerdir. Onlar Tofiq Yaqublu, Əvəz Zeynallı, Pərviz Həşimli, Fərəməz Allahverdiyev, Əbdül Əbilov, Sərdar Əlibəyli, Nicat Əliyev, Fuad Hüseynov, Araz Quliyev, Hilal Məmmədov, Rəşad Ramazanovdur. Siyahıya 3 nəfər hüquq müdafiəçisinin – Anar Məmmədlinin, Qurban Məmmədovun və Bəxtiyar Məmmədovun adları daxil edilib. Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı, vicdan məhbusu Tofiq Yaqublu martın 17-də Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. O, yanvarın 23 və 24-də İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir. T.Yaqublu ilə birlikdə həbs olunan REAL Hərəkatının sədri, vicdan məhbusu İlqar Məmmədov da martın 17-də 7 il müddətinə azadlıqdan məhrum edilib.
Müsavat Partiyası başqanının müşaviri, vicdan məhbusu Yadigar Sadıqova Lənkəranda II qrup Qarabağ əlili Rəşid Kərimova qarşı xuliqanlıq hərəkəti etməkdə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən il NİDA Vətəndaş Hərəkatının 7 üzvü həbs edildi. Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə Youtube-da yerləşdirilən “Hаrlem Shake” videosunu hazırlamaqda təqsirləndirilib və həbs olunub. “Bizim yol” qəzetinin əməkdaşı, moderator saytının direktoru, Siyasi və Mülki Hüquqların Müdafiəsi Mərkəzinin sədri Pərviz Həşimli 2013-cü ilin sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsi ilə – dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın şikayəti ilə həbs edilib. 2013-ci ildə Xətai Rayon Məhkəməsinin hökmü ilə “Nota-Bene” qəzetinin baş redaktoru Sərdar Əlibəyliyə 4 il müddətinə azadlıqdan məhrum edilib. Azadxeber saytının baş redaktoru Nicat Əliyev 2012-ci il mayın 20-də gey-parad biabırçılığına qarşı çıxdiğina görə həbs olunub. Oxşar ittihama görə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin aprelin 5-də çıxardığı qərarla Xeber44 saytının baş redaktoru Araz Quliyev 8 il azadlıqdan məhrum edilib. 2013-cü ilin mayın 9-da Avroviziya rüsvayçılığına görə həbs olunmuş Rəşad Ramazanova qarşı külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq maddəsi ilə ittiham irəli sürülüb və o, 9 il müddətinə azadlıqdan məhrum edilib. Siyasi bloqçu Əbdül Əbilov 2013-cü ilin noyabrında 3 aylıq həbs qəti-imkan tədbirinə məruz qalıb. O, narkotik alverində ittiham olunur. Digər siyasi fəal Ömər Məmmədovun barəsində 2014-cü il yanvarın 24-də 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. 18 yanvar 2014-ci il tarixində “Azad söz” facebook səhifəsinin admini Elvin Kərimov işdən evə qayıdarkən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs edilib. Onun haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2013-cü il martın 31-də mübariz ruhani hacı
Tale Bağırzadə həbs edilib. 2013-cü ildə hüquqşünas Qurban Məmmədov Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində İslam Partiyasının 7 üzvü – partiya sədri Dr. Hacı Möhsün Səmədova və daha 6 nəfərə hökm oxunub. Hakim Eldar İsmayılovun sədrlik etdiyi məhkəmədə Mövsüm Səmədova 12 il azadlıqdan məhrum etmə cəzası çıxarılıb.
Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri, Nemət Pənahlı haqda 6 il müddətinə azadlıqdan məhrumetmə haqda hökm çıxardıb.”
Qeyd etmək lazımdir ki, bu məqalədə xeyli dindar məhbuslar o cümlədən tanınmış mübariz ruhani Hacı Abgül Süleymanov və digərləri unudulub.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu