AsyaAzərbaycanDünyaXƏBƏRLƏR
Zakir Həsənov: Ordu hazırdır
Azərbaycan Respublikası müdafiə naziri Zakir Həsənov bu ölkənin ordusunun istənilən vaxt işğalda olan torpaqları azad etməyə hazır olduğunu bildirib.
Z. Həsənov C. Naxçıvanski adına Hərbi Liseydə keçirilən tədbirdə çıxışı zamanı bildirib ki, təlimlər sübut etdi ki, şəxsi heyətdə böyük ruh yüksəkliyi var.
Ordunun Prezident İlham Əliyevin əmrinə hazır olduğunu da vurğulayan Zakir Həsənov deyib: “Şəxsi heyət istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə hazırdırlar.”