İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələri bu gün Vyanada iclas keçirdilər ki, müzakirə tərəfləri bu iclasın konstruktiv olduğunu bildirdilər.
Röytersin verdiyi məlumata görə AEBA-in baş direktorunun müavini Herman Nakarets bugünkü iclasın olduqca konstruktiv olduğunu bildirdi. Bu haqdakı növbəti müzakirələr Aban ayının 6-da, oktyabrın 8-də keçiriləcək.
İranın MAQATE-dəki yeni nümayəndəsi Rza Nəcəfi də bu müzakirələrdən məqsədin ən qısa zamanda razılığa çatmaq olduğunu bildirdi.
AEBA rəsmiləri bundan öncə qeyd edilən müzakirələrdə İrandan daha artıq təftişlərin həyata keçirilməsini istəmək niyyətində olduqlarını bildirmişdilər.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktor müavini və İran ilə müzakirə aparan heyətin sədri Herman Nakarets də müzakirələrə daxil olmazdan öncə jurnalistlər qarşısında İranın nüvə məsələlərinin tez bir zamanda həll edilməsinə hazır olmasını müsbət qarşılayaraq, deyib: Bu müzakirələr, İranda yeni hakimiyyətin iqtidara gəlməsindən sonra iki tərəf arasında baş tutan ilk danışıqlardır. Buna görə də danışıqlarda səy göstəriləcək ki, müzakirələr daha sürətli tempə malik olsun və bütün məsələlər öz həllini tapsın.