Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Kuba körfəzində yerləşən Quantanamo məhbuslarına ABŞ hərbçiləri tərəfindən məcburi yemək yedirdilməsi beynəlxalq qanunlara və insan haqlarına ziddir.
Hal-hazırda Quantanamo təcridxanasında 100-dən çox məhbus aclıq elan edib.
Məhbuslar Amerika hərbçilərinin müsəlmanların səmavi kitabı Quran-Kərimə qarşı təhqirləri, eləcə də məhbusların şəxsi əşyalarını müsadirə etmələrinə etiraz əlaməti olaraq aclıq aksiyası keçiriblər.
Yayılan məlumatlara görə aclıq elan etmiş məhbusların çoxu acınacaqlı şəraitdə saxlanılır və onların həyatına ciddi təhlükə var.
Hal-hazırda Quantanamoda 166 məhbus saxlanılır.
Məhbusların çoxu 2005-ci il yayda geniş aclıq elan etmişdilər. Lakin Amerika hərbçiləri aksiyaçılara güc tətbiq edərək ölmələrinin qarşısını almaq üçün boru vasitəsi ilə onlara mayelər ötürürlər.
