İran xarici işlər naziri söyləyib: BMT baş assambleyasının iclası ilə yanaşı İran və ABŞ rəsmilərinin görüşü üçün proqram yoxdur.
Məhəmməd Cavad Zərif, çərşənbə günü “tədbir və ümid ” dövlət kabinetinin iclasından sonra İran və 5+1 qrupunun gələcək müzakirələri barədə bildirib : BMT baş assambleyası iclası ilə yanaşı Avropa İttifaqının xarici siyasət üzrə məsul şəxsi Katrin Aştonla görüşəcək və İran xalqının hüququ riayət edildiyi təqdirdə, İran nüvə fəaliyyətlərinin sülhməramlı olduğunu daha artıq dünya ictimaiyyətində sübut etdirə bilər.
İran xarici işlər naziri təkidlə bildirib: Əgər İranın nüvə mövzusunun həlli üçün ,siyasi əzmkarlıq mövcud olarsa İran bu barədə 5+1 qrupu ilə mezakirəyə hazırdır.