AzərbaycanXƏBƏRLƏR
İlham Əliyev erməniləri belə hədələməmişdir
Azərbaycan Respublikasında prezident seçkisi ərəfəsində Prezident İlham Əliyev indiyə kimi misli görünməmiş tonla erməniləri hədələyib!
“Vəhşi, mənfur düşmənlər Ağdamı yerlə-yeksan etdilər. Əlbəttə ki, bu vəhşilik cavabsız qalmayacaq” deyən İlham Əliyev əlavə edib : “Dünya mətbuatı da bunu qeyd edir ki, Ermənistan öz təhlükəsizliyini təmin edə bilmədiyi üçün müxtəlif addımlara əl atır. Ancaq biz tam şəkildə özümüz öz hesabımıza yaşayırıq, öz inkişafımızı da, təhlükəsizliyimizi də özümüz təmin edirik.”
Sentyabrın 10-da Bərdədə ağdamlı məcburi köçkün ailəsinə qonaq olduğu bildirilən Prezident İlham Əliyev deyib : “Azərbaycanda 9 milyon 400 mindən artıq vətəndaş var. Ermənistanda isə azalıb. İndi iki milyondan azdır.”