
Suriya yaraqlılarının sözçüsü deyir ki, ABŞ ordusu tərəfindən təlim keçmiş yüzlərlə yaraqlı rəsmi Dəməşqə qarşı döyüşən silahlılara qoşulub.
Adının gizli qalmasını istəyən yaraqlıların bir sərkərdəsi bildirib ki, ABŞ zabitləri tərəfindən İordaniyada bir hərbi düşərgədə modern hərbi təlimləri keçən təxminən 300 yaraqlı cümə axşamı günü sərhəd vasitəsi ilə Suriyaya daxil olub.
ABŞ rəsmiləri indiyə qədər bu barədə açıqlama verməkdən çəkiniblər.
Vaşinqton həmçinin Suriya hökumətinə müxalif “Suriya Milli Koalisiyası” adlanan qüvvələrə 60 milyon dollar kömək etmək üçün öhdəlik götürüb.
Suriya 2011-ci il mart ayından genişmiqyaslı de-stabil vəziyyəti təcrübə edir. Bu gərginliklərdə bir çox insan, o cümlədən çoxlu sayda ordu və təhlükəsizlik qüvvəsi qətlə yetirilib.
Suriya hökuməti bildirir ki, bu hərc-mərclik xarici ölkələrin əlbirliyi və planı ilə Suriyada yaranıb və hökumətə qarşı döyüşən yaraqlıların çoxu xarici ölkə vətəndaşlarıdır.
Bir qrup insan haqları təşkilatı Suriyada xarici ölkələrin himayə etdikləri yaraqlıları bəşəriyyətə qarşı cinayət törətdiklərinə görə suçlayıb.