DünyaXƏBƏRLƏR

ABŞ və Əfqanıstan arasındakı təhlükəsizlik anlaşması etirazlara səbəb olub

Əfqanıstanın siyasi və ictimai xadimləri Amerika ilə təhlükəsizlik müqaviləsinin imzalanmasının mənfi nəticələri və ABŞ hərbçilərinə siyasi və məhkəmə toxunulmazlığının verilməsi barədə xəbərdarlıq ediblər.

Ölkənin müxtəlif məntəqələrindən olan minlərlə tanınmış siyasətçi və ictimai xadim bazar ertəsi günü “Xarici Hərbi Bazalarla Müxalifət Milli Cəbhəsi”nin dəvəti ilə Amerika ilə təhlükəsizlik müqaviləsinin imzalanmasına yox demək üçün Kabildə keçiriləcək toplantıda iştirak məqsədilə paytaxta daxil olub.
Bu toplantıda iştirak edən bəzi tanınmış simalar əl-Aləm informasiya kanalının Kabildəki müxbiri ilə müsahibədə bildiriblər ki, ötən 12 ildə ABŞ hərbçilərinin Əfqanıstandakı iştirakı bu ölkənin xeyrinə olmayıb və bütün əfqanlar bundan agahdırlar ki, ölkədə fəsad, əxlaqsızlıq və müharibəyə rəvac verən başlıca amil elə amerikalıların özləridir.
Bəzi siyasətçilər və ictimai xadimlər də Qərb xüsusi ildə də Amerika ilə koalisiyaya dini motivlər əsasında qarşı çıxırlar və Kabil ilə Vaşinqton arasında təhlükəsizlik müqaviləsinin imzalanmasını əfqanların tarix boyu uğruna mübarizə apardıqları bütün dəyərlərə zidd hesab edirlər.
Bu məlumata görə, toplantıda çıxış edənlərin hamısı Əfqanıstandakı əcnəbi qüvvələrin təcavüzkarlıq və qanunlara zidd rəftarlarını pisləyərək, onların yanlış davranışları nəticəsində minlərlə əfqanın həyatını itirdiyini bildiriblər.
Kabil və Vaşinqton arasında təhlükəsizlik müqaviləsinin imzalanmasına etiraz məqsədilə keçirilən tolantının iştirakçıları həmçinin, əcnəbi hərbçilərə siyasi və məhkəmə toxunulmazlığının verilməsi ilə müxalif olduqlarını bildiriblər.
Əfqanıstan və ABŞ arasında imzalanacaq təhlükəsizlik müqaviləsi amerikalı hərbçilərin 2014-cü ildən sonra da Əfqanıstanda qalmalarına imkan verəcək.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu