AzərbaycanXƏBƏRLƏR

Adı mandat satışında hallanmış Ramiz Mehdiyevin “Şərəf” ordeni

Son vaxtlarda bir neçə il öncə qapadılmış Azərbaycan Benəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ifşaçılığı nəticəsində adı mandat satışı skandalında hallanmış Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Şərəf” ordeni ilə təltif edilməsi cəmiyyətin diqqət mərkəzinə keçib.

Ramiz Mehdiyev 75 yaşı tamam olduğu münasibəti ilə Prezident İlham Əliyev onun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. “AzərTAc” dövlət agentliyinə istinadən verdiyi məlumata görə, Mehdiyev bu ordenə dövlət qulluğunda səmərəli fəaliyyətinə və xüsusi xidmətlərinə görə layiq görülüb.
Bu belə bir haldadır ki, son aylarda Parlament mandatlarının satışı qalmaqallarından sonra Ramiz Mehdiyevin kənarlaşdırılması ehtimalı mətbuatda irəli sürülmüşdür.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu