Aprelin 18-də Nərimanov rayon məhkəməsində məhbus ruhani Hacı Tale Bağırovun məhkəməsi keçirilib. Ancaq mübariz ruhani məhkəməyə gətirilməyib.
İslamazeri saytı Hacı Tale Bağırovun vəkili Cavad Cavadova istinadən məlumat ki, məhkəmədə Hacı Tale Bağırovun iştirakı təmin olunmayıb.
Vəkil bildirib : “Mən vəsatət verdim və xaiş etdim ki, məhkəmədə özünün iştirakı təmin olunsun və məhkəmə iclası təxirə salınsın. Bundan başqa müvəqqəti saxlanma təcridxanasının işçiləridə dindirilsinlər. Məhkəmə müraciətimi təmin etmədi və məhkəmə iclası davam etdirildi. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi məhkəmədə çıxış etdi və bildirdilər ki, Tale Bağırov artıq Bakı İstintaq (Kürdəxanı) təcridxanasına köçürülüb”.
Vəkil əlavə edib ki, Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi iddia edib : “Faktiki olaraq hacı Tale Bağırovun şikayətində qoyulan məsələlər həll olunub.”
Vəkil bildirib ki, bizim şikayətimiz Tale Bağırovun orada saxlanmasının qanunsuz olması idi. Çünki o orada 10 gündən artıq olaraq qanunsuz olaraq saxlanılıb. Amma “Bandotdeldə” qanunvericiliyə əsasən 24 saatdan artıq saxlanıla bilməz.
Vəkil deyib : “Hansı zərurətlə qanuna zidd olaraq Tale Bağırov orada 10 gündən artıq saxlanılıb?!”