DünyaİranXƏBƏRLƏR

AEBA müfəttişləri İrana öz təşəkkürlərini bildiriblər

İran Atom Enerjisi Təşkilatının təminat və nəzarət sistemlərinin baş direktoru AEBA müfəttişlərinin İranın Gəçin mədəninə baxış keçirmələrindən məmnunluq ifadə etmələrini təsdiqləyib.

” Məhəmməd Əmiri ” İRNA ilə müsahibədə bəyan edib : AEBA_nın müfəttişləri İranla agentlik arasında imzalanmış razılaşmanın prinsipləri əsasında çərşənbə günü ( 29 yanvar ) İranın cənubunda yerləşən Bəndərabbas şəhərinin Geçin mədəninə baxış keçiriblər.

Müfəttişlər sözügedən mədənə baxış keçirmələrindən məmnunluq ifadə ediblər.

Ötən noyabr ayının 11-də İran Atom Enerjisi Təşkilatı və agentlik arasında əməkdaşlıq formatı adlı müştərək bir bəyanat imzalanmışdır.

İran bu müqavilə qarşısında öhdəlik götürübdür ki , müqavilənin imzalandığı gündən 3 ay sonra , o müqavilədə qeyd edilən maddələri nəzərə alaraq 6 mövzuda agentliyi lazımı məlumatlarla tanış edəcək və agentlik də bununla bağlı nailiyyətləri MAQATE idarə heyətinin nəzərinə çatdıracağına söz vermişdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu