Avropa və ərəb ölkələri və ABŞ-ın müştərək hərbi manevri “Aslan Pusquda” adı altında başlanıb.
İordaniyada keçirilən bu quru, hava və dəniz qüvvələrinin hərbi təlimlərində dünya və regionun 18 ölkəsi, o cümlədən Ərəbistan, İraq, Livan, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri BƏƏ, Yəmən, Qətər, Misir, Pakistan, İtaliya, Britaniya, Fransa, Kanada, ABŞ, Türkiyə, Polşa və Çexiya Respublikası hərbi qüvvələri iştirak edir.
Bu 12 günlük hərbi təlimlər Suriya hökumətinin hədəsi adlandırılan məsələ ilə qarşılaşmaq üçün İordaniya hökumətinin hərbi bacarıqlarının yüksəldilməsi istiqamətində keçirilir.
2012-ci ildə də İordaniya bu hərbi təlimlərə ev sahibi idi və bu ölkənin 18 dost və qonşu ölkəsindən 12 mindən çox hərbi qüvvənin iştirakı ilə keçirildi.