Ağ Ev, Sionist rejimin İran və Amerika arasında gizli danışıqların olması barədə iddiasını təkzib edib.
Haarets qəzeti Ağ Evin sözçüsü Bernard Mihana istinadən qeyd edib: İranla Amerika arasında gizli danışıqların olması barədə Tələviv tərəfindən irəli sürülən iddia əsassızdır. İsrail televiziyasının 10-cu kanalı bir məlumatda iddia etmişdir: Cenevrədə İranla ABŞ arasında mövcud danışıqlardan öncə, bu iki ölkənin gizlin müzakirələri olmuşdur və bu danışıqlar bir ildən çox davam etmişdir.
Bernard Mihan bu hesabata cavab olaraq deyib: Sionist rejim tərəfindən irəli sürülən bu iddia yüz faiz yalandır.