Sionist rejimin baş naziri İordan Çayının Qərb Sahilindən İsrailin geri çəkilməsi məsələsinin araşdırılmaqda olduğunu bildirib.
Livanın Əl-Məyadin telekanalının məlumatına görə, Benyamin Netanyahu deyib : İsrail rejimi İordan Çayının Qərb Sahilinin bəzi bölgələrindən birtərəfli şəkildə geri çəkilməsi məsələsini araşdırmaqdadır.
İordan Çayının Qərb Sahilindəki bölgələrin bir çoxu o cümlədən şərqi Qüds, Sionist rejim hərbçilərin tapdağı və nəzarəti altındadır.
Beytül-Müqəddəsin paytaxt olması şərti ilə müstəqil bir ölkənin təşkil edilməsində Sionist rejimin 1967-ci ildəki sərhədlərə dönməsi fələstinlilərin əsas istəklərindən biri olub .