Bu gün axşam Yaponiyanın paytaxtı Tokioda, dünyanın ən izdihamlı mərkəzlərindən biri olan Şibuya yolayrıcında İran üçün sülh toplantısı keçirilib. Toplantı “Bizim İran” Assosiasiyasının təşəbbüsü ilə təşkil olunub.
Sülh tərəfdarı toplantıda iştirakçılar İran İslam Respublikasının və Fələstinin bayraqlarını qaldırıb, Minab şəhərində şəhid olan uşaqların şəkillərini əllərində tutaraq Makan Nəsiri, Əmirəli Cədavi və Məsihə Salarinin xatirəsini yad ediblər.
Təşkilatçılar toplantının məqsədinin sülh mesajını çatdırmaq, İran xalqının məzlumluğunu nümayiş etdirmək və müharibəpərəstliyə qarşı çıxmaq olduğunu bildiriblər.

