AsyaDünyaXƏBƏRLƏR

Aksiyada iştiraka görə bir Ərəbistan vətəndaşı həbs olunub

Ərəbistanda insan haqlarının pozulmasının davamında Ali-Səud rejimi puç bir ittihamla bu ölkənin bir vətəndaşını həbsə məhkum edib.

Ərriyad məhkəməsi bu gün bir Ərəbistan vətəndaşını Əl-Qətif məntəqəsindəki dinc aksiya barədə təsvirləri internet portallarında yerləşdirmək ittihamı ilə on il həbsə məhkum edib.
Belə bir halda, Ərəbistan məhkəmə aparatı ötən bazar ertəsi günü bir layihə təsdiq edibdir. Bu layihəyə əsasən, antihökumət aksiyalarında iştirak edənlər, həmçinin vebsaytlarda etiraz şüar və təsvirlərini yayanlar on il həbs cəzasına məhkum ediləcəklər.
Həmçinin Ali-Səud rejiminin məhkəmə aparatının qəbul edilmiş həmin layihəsində Ərəbistan kralını təhqir edənlər üçün ölkədən çıxma qadağası və uzunmüddətli həbslər kimi cəzalar təyin olunubdur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu