Aksiyaya çağırış!
Demokratik Azərbaycan Hərakatı adlı qurum Avropada yaşayan azərbaycanlı mühacirləri Strasburgda – AŞPA binası önündə mitinq keçirməyə dəvət edib.
Müraciətdə bildirilib ki, qarşıdan Aprel ayının 22-26 tarixləri arasında Fransa Respublikasının Strasburg şəhərində Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası işə başlayanda öz sıralarında Avropada və dünyada yaşayan azərbaycanlı siyasi mühacirləri, bloqerləri, hərbçiləri, jurnalistləri, ziyalıları və sadə vətəndaşları birləşdirən Demokratik Azərbaycan Hərakatı 22 aprel tarixində Strasburgda – AŞPA binası önündə mitinq keçirəcək, toplantı təşkil edəcəkdir.
Müraciətdə əlavə olunub : “Aksiyayla bağlı Təşkilat Komitəsi yaradılıb və DAH üzvləri bu komitənin üzvləridirlər. Aksiyayla bağlı detalları dəqiqləşdirmək üçün DAH üzvlərinə (facebookda DAH qrupu və ya www.dah24.eu) müraciət edə bilərsiniz. Demokratik Azərbaycan naminə, inləyən və tapdalanan vətənimiz naminə 1 gününüzü bu aksiyaya ayırın. Strasburga gəlin. Səsimizi, etirazımızı dünya duysun”!
Aksiyanın vaxtı 22 aprel saat 12:00-dan 15.00-a qədər aksiya olacaq . 15:00-dan 17:00-a qədər isə müzakirələr .
