DünyaİranXƏBƏRLƏR

Daha bir pilotsuz təyyarə Sepah-ın tələsinə düşdü

İslam İnqilabı Keşikçiləri Korpusu Sepah-ın quru qüvvələrinin “Böyük Peyğəmbər 8” hərbi manevrinin sözçüsü manevrin keçirildiyi ərazidə düşmənə məxsus bir pilotsuz təyyarənin yerə endirilməsindən xəbər verib.Sərdar Sərxili bu xəbəri jurnalistlər qarşısında verib.
O deyib: “Böyük Peyğəmbər 8” manevrinin birinci günündə Sepah-ın elektron müharibə sistemləri əcnəbilərə məxsus pilotsuz təyyarələrin ölkə ərazisinə daxil olması ilə bağlı siqnallar verməyə başladılar. Bu zaman bizim bacarıqlı mütəxəssislərimiz onlardan birini sağ-salamat yerə endirməyə nail olublar.
Böyük Peyğəmbər 8 manevrinin sözçüsü həmçinin deyib: Bu pilotsuz təyyarənin çəkdiyi video-görüntülər artıq Sepah-ın ixtiyarındadır və rəhbərliyin lazım bildiyi təqdirdə yayımlanacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu