İraqın təhlükəsizlik qüvvələri bu ölkənin şimalında terrorçu qruplaşmaların sərkərdələrindən iki nəfərini həbs ediblər.
İraqın təhlükəsizlik və polis qüvvələri Ənsar Əl-İslam adlı terrorçu qruplaşmanın sərkərdəsi Sadiq Əl-Rəbii və müavini Xəlifə Əbu Abdullah Əl-,Şafeini bir əməliyyatda həbs ediblər.
Bu terrorçu qruplaşma son bir neçə ayda İraq vətəndaşlarına qarşı həyata keçirdikləri terrorçu əməliyyatlarda çoxlu sayda mülkini qətlə yetiriblər.
Habelə İraq ordusu və bu ölkənin polis qüvvələri Kərkuk şəhərində İraq və Şam İslam Dövləti adlı terrorçu qruplaşmanın üzvlərindən 8 nəfərini həbs ediblər.
Digər bir tərəfdən bu gün (19 mart) İraqın Əl-Həfriyə bölgəsində iki maşına quraşdırılmış partlayıcı qurğunun işə düşməsi 100 iraqlının yaranmasına səbəb olub.
Habelə İraq ordusu Fəllucə şəhərinin yaxınlığında terrorçulara aid 11 maşını dağıdıb.
Terrorçular Fəllucədə İraq ordusunun bir polis mərkəzini hücuma məruz etməyi istəyirmişlər.
