AsyaDünyaXƏBƏRLƏR

İraqda terrorçu hücumlar davam edir

İraqın müxtəlif məntəqələrində terrorçu hücumlar nəticəsində 8 nəfər həlak olub.

Müxbirimizin məlumatına görə bu gün bazar ertəsi Təkrit şəhərində bir bombanın partlaması ilə 5 hərbçi həlak olublar.

Həmçinin Tuzxormato şəhərində, üzərində bomba quraşdırılmış bir avtomobilin partlaması nəticəsində 3 İraq vətəndaşı həlak olub 10 nəfər isə yaralanıblar.

Digər tərəfdən İraqın müştərək əməliyyatlarının komandanı əlavə edib: İraqın hərbi qüvvələri bu gün Əl-Ənbar vilayətinin Fəllucə şəhərində İraq və Şam İslam Dövləti üzvü olan 20 terrorçunu həlak edərək 3 terrorçunu da yaxalayıblar.

Həmçinin Əl-Ənbarın Xilas Şurasının rəhbəri bildirib: Terrorçu İŞİD qruplaşması kişiləri bu qrupa üzv olmağa məcbur etmək üçün onların həyat yoldaşlarını oğurlayırlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu