İran və Altılıq qrupunun nüvə danışıqlarının son turniri keçirilib.
Vyana 2 görüşünün ikinci günündə aparılan danışıqlara İranın nüvə heyətinin baş müzakirəçisi Abbas İraqçi və Avropa Birliyi Xarici Siyasət İdarəsinin Koordinatoru Katrin Aştonun müavini Helqa İşmit başçılıq edib.
Danışıqların bu turunda irəli sürülən son mübahisə Ərak Ağır su nüvə obyekti barədə olmuşdur. Tərəflər bu mövzu ətrafında fikir mübadiləsi aparıblar.
İran və Altılıq qrupu çərşənbə axşamı günü Vyana2 görüşünün birinci günündə uranın saflaşdırılması, Qərb tərəfindən qoyulan sanksiyaların aradan qaldırılması və sülhməramlı nüvə fəaliyyətləri adı altında beynəlxalq əməkdaşlıqların aparılmasını müzakirə və bu barədə fikir mübadiləsi aparıblar.
İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Abbas İraqçinin sözlərinə görə nüvə danışıqlarının növbəti turniri çox güman ki gələn aprel ayı Vyanada keçiriləcək.
