İranXƏBƏRLƏR

Soltaniyyə: İranla AEBA arasında əməkdaşlıqlar davam edir

İran İslam Respublikasının Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdəki nümayəndəsi İranla bu agentlik arasında əməkdaşlıqların davam etməsindən xəbər verib.

Əli Əsğər Soltaniyyə deyib: İran Nüvə Silahlarının Yayılmamasına dair Saziş çərçivəsində indiyədək AEBA ilə geniş əməkdaşlıqlar aparıb və bu çərçivədə əməkdaşlıqlar davam edir.

“AEBA müfəttişləri indiyədək heç bir maneə və məhdudiyyət olmadan NPT sazişinə uyğun olaraq İranın nüvə obyektlərinə baxış keçiriblər və AEBA bütün hesabatlarında birmənalı şəkildə İranın nüvə fəaliyyətlərində heç cür yayınma olmadığını qeyd edib.

İranın AEBA-dakı nümayəndəsi deyib: Dünyanın zalım qüvvələrinin İrana qarşı təzyiq və təhdid siyasətində məqsədləri İranı daş yanacağı əvəz edəcək yeni enerji mənbələrindən məhrum etməkdir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu