İranın xarici işlər naziri Məhəmməd cavad Zərif Suriyanın prezidenti Bəşşar Əsədlə görüşüb.
Suriyanın prezidenti bu görüşdə ikitərəfli münasibətlərin önəminə işarə etdikdən sonra Suriya hökumətinin kobudluğa və ifratçılığa qarşı mübarizə aparmasına eləcədə məzhəblər arası aparılan fitnələrin aradan qaldırılması üzrə atdığı addımları izah edib və İİR-nın Suriya xalqını dəstəkləməklə bağlı dəyişilməz mövqeyinə görə öz təşəkkürünü bildirib.
İranın Xarici Siyasət İdarəsinin rəhbəri Məhəmmədcavad Zərif İran prezidenti Həsən Ruhaninin salamını B. Əsədə çatdıraraq Tehranın Dəməşqlə siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıqlarını genişləndirməyə hazır olduğunu elan edib.
Zərif İranla Altılıq qrupunun nüvə danışıqları ardınca yaranmış siyasi prosesi şərh edərək regionda İranın ifratçılıq və kobudluğa qarşı mübarizə ilə bağlı prinsipial mövqeyinə xüsusilə də məzhəblər arası yaradılan fitnələrin əleyhinə mübarizə aparmaq siyasətinin üzərində təkid edib və deyib: Suriya məsələsinin həlli uzaqgörənliyə və məntiqə söykənməlidir və məsələnin həllinə nail olmaq üçün diplomatik danışıqlar tərzinə doğru hərəkət etmək lazımdır.
Cenevrə-2 konfransını Suriya məsələsinin həlli üçün siyasi və beynəlxalq bir fürsət hesab edən nazir əlavə olaraq deyib: Bu beynəlxalq konfransın uğurlu surətdə keçirilməsi günahsız insanların qətlə yetirilməsi və ifratçılığın genişlənməsinin qarşısını ala bilər. İranın xarici işlər naziri regional səfərinin çərçivəsində bu gün (16 yanvar) Dəməşqə daxil olub və Suriyanın prezidenti ilə görüşüb.
Zərif regiona dövri səfəri çərçivəsində müvafiq olaraq Beyrut, Bağdad və Əmana səfər etmişdir.
Zərif Əman səfərini başa vurduqdan sonra Suriyaya səfər edib.
İranın xarici işlər naziri bu gün günortadan sonra rus rəsmilərlə görüşmək məqsədi ilə Dəməşqi-Moskva istiqamətində tərk edəcək.