Cümə və şənbə günləri Ali-Səud rejiminə bağlı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 3 ərəbistanlı gənc həyatını itirib.
Mursi Ali-Rəbih, Əli Həsən Əl-Məhrus və Həsən əl-Mütaviə Ali-Səud rejiminin son cinayətlərinə qurban gedən ərəbistanlı gənclərdirlər.
Ərəbistan 2 ildir ki, hakim rejimə qarşı sivil etiraz aksiyalarının şahididir. Xüsusilə ölkənin şərqində, şiə sakinli məntəqələrdə Ali-Səud rejiminin siyasi, iqtisadi və ictimai ədalətsizliklərinə və ölkə vətəndaşlarına qarşı ayrı-seçkiliyə əsaslanan davranışlarına etirazlar artıq gündəlik hal alıb.