DünyaXƏBƏRLƏR

Ali-Səud rejimi İslama dair tarixi binaların dağıdılmasına icazə verdi

Səudiyyə Ərəbistanı rejiminin “Milli İrsin Qorunması” adı altında guya milli adət-ənənələrin qorunması məqsədilə rəqs və musiqi ilə yanaşı olan “əl-Cənadiriyyə” festivalına hazırlıq məqsədilə külli miqdarda vəsait xərclədiyi halda, Ərəbistanın baş müftisi Allah Evinin genişləndirilməsi adı altında Məkkədə İslama aid tarixi binaların dağıdılması haqda fitva verib.

Əl-Aləm kanalının məlumatına görə, Əbdüləziz bin Abdulla Ali-Şeyx iddia edib ki, Məkkə və Mədinədə tarixi abidələrin dağıdılmasının nəinki heç bir qəbahəti yoxdur, əksinə zəruri bir məsələdir.

O, tarixi və islami abidələri dəyərsiz əşyalar adlandıraraq, bu əşyaların inkişaf üçün məhv edilməsini zəruri adlandırıb və Məkkə və Mədinədə İslama dair son abidələrin dağıdılması haqda fitva verib.

Məkkə və Mədinədə İslama dair tarixi abidələrin məhv edilməsi prosesi elə bir şəraitdə davam edir ki, bu ölkə rəsmiləri ötən illər ərzində “Milli İrsin Qorunması” bəhanəsi ilə hər il musiqi və rəqs ilə yanaşı olan bahalı festivallar təşkil edirlər.

Bu festival hər ilə Əqidə Polisi ilə Milli Qvardiya arasında çıxan toqquşmalara görə qalmaqallı hadisələrlə yadda qalır.

Ərəbistan rəsmiləri 10 il öncədən Məkkə və Mədinədə İslama aid dəyərli tarixi abidələrin məhvinə başlayıblar. Misal üçün, Həzrəti Peyğəmbər(s.ə.s)-in anadan olduğu ev ümumi kitabxanaya çevrilib, Həzrəti Xədicə(s.ə)-nın evi isə dağıdılıb və onun yerində sanitar qovşağı tikilib!!!

İslamın ilk illərində baş vermiş müharibə meydanları, o cümlədən Bədr savaşının baş verdiyi məkan avtoparka çevrilib.

Ərəbistan rejimi İslama aid tarixi abidələrin məhv edilməsini “Dini Turizmin İnkişafı” adı altında vacib hesab edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu