DünyaXƏBƏRLƏR

Ali-Səud rejimi; Regionda demokratik dəyişikliklər qarşısında maneə

İnsan Haqları İnformasiyası üzrə Ərəb Təşkilatı Ali-Səud rejimini regionda hər cür demokratik dəyişikliklərin qarşısında bir maneə adlandırıb.

Əl-Aləm Xəbər Telekanalının verdiyi məlumata görə İnsan Haqları İnformasiyası üzrə Ərəb Təşkilatı bildirib ki, Ali-Səud rejimi regionda hər cür demokratik dəyişikliyin qarşısında bir maneədir və söz azadlığı və partiyaların azadlığının tələb olunması məqsədilə hər cür xalq hərəkətinin qarşısını alır.

İnsan Haqları İnformasiyası üzrə Ərəb Təşkilatının yaydığı bəyanatda Ərəbistanda insan haqları fəallarının repressiya edilmələrinə və bu ölkədə müstəqil insan haqları təşkilatlarının təsis edilməsi qarşısında maneçiliklərin yaradılmasına işarə edilərək, belə bildirilib: ” Ali-Səud rejiminin puç ittihamlarla insan haqları fəallarını həbs etməkdə məqsədi müstəqil hüquqi təşkilatların yaranmasının qarşısını almaqdır.

İnsan Haqları İnformasiyası üzrə Ərəb Təşkilatı Ərəbistanda hüquqi fəalların təqibə məruz qalmalarının davam etməsini bu ölkə rəsmilərinin Ərəbistan xalqının insan haqları üzrə istəklərinə etinasızlığının göstəricisi olduğunu bildirib.

Bəyanatda sonra qeyd olunur: “Beynəlxalq ictimaiyyətin utandırıcı sükutu sayəsində Ərəbistanda insan haqlarının pozulmasının şiddətlənməsi müşahidə edilməkdədir”.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu