İranXƏBƏRLƏR

İran Xəzərin canlı mənbələrinin qorunması üzrə həmkarlıq razılaşmasının imzalanmasını vurğulayıb

İran Balıqçılıq Təşkilatının Su Canlılarının İnkişafı şöbəsi müdirinin müavini sahilyanı ölkələr tərəfindən Xəzərin canlı mənbələrinin qorunması üzrə həmkarlıq razılaşmasının imzalanmasını vurğulayıb.

İran Balıqçılıq Təşkilatının Su Canlılarının İnkişafı şöbəsi müdirinin müavini Rusiyanın Həştərxan liman şəhərində keçirilən Xəzər dənizinin Su Ehtiyatları Komissiyasının otuz dördüncü iclasında həmçinin bu dənizin su canlılarının qorunması və bu istiqamətdə hazırlanmış proqramın tənzimi üçün beş xəzəryanı ölkənin həmkarlıqlarının genişləndirilməsini istəyib.
Üç gün ərzində Rusiyanın Həştərxan liman şəhərində keçirilən Xəzər dənizinin Su Ehtiyatları Komissiyasının otuz dördüncü iclasında xəzəryanı ölkələrin nümayəndə heyətləri su canlılarının ovlanması, ehtiyatların emalı və qanunsuz ovlar ilə mübarizə üsulları sahəsində öz ölkələrinin hesabatlarını təqdim edərək, Xəzər dənizinin canlı ehtiyatlarının yaxşı tərzdə idarəçiliyi barədə razılaşmanın ilkin mətnini araşdırıblar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu