
Bəhreynin Milli Birlik Cəmiyyəti bir bəyanat yayaraq, Ali-Xəlifə rejiminə bağlı muzdlular tərəfindən atılan güllələrin 2 bəhreynli uşağın sinəsinə dəyməsindən xəbər verib.
Səhər kanalı internet portalının məlumatına görə, Bəhreynin Milli Birlik Cəmiyyəti öz bəyanatında bu iki uşağın paytaxt Manamanın qərbində, Buri məntəqəsində sinə nahiyəsindən hədəfə alındıqlarını bildirib. Uşaqların həyatını xilas etmək üçün həkimlər əllərindən gələni edirlər.
Həkimlər güllələrin təhlükəli nahiyələrə toxunduğunu təsdiq edərək, uşaqların vəziyyətin ağır olduğunu bildiriblər.
Bu cinayətin amilləri isə heç bir şey olmayıbmış kimi, hadisə yerindən uzaqlaşıblar.
Bəhreynin Milli Birlik Cəmiyyətinin bəyanatına görə, Ali-Xəlifə rejiminə bağlı silahlılar 2012-ci ilin 31 martında da Əhməd İsmayıl adlı bir fotoqraf da dinc etiraz aksiyası zamanı şəkil çəkərkən, güllələnərək, öldürülmüşdü.
Əbdülrəsul Həciri adlı biri də Ali-Xəlifə muzdluları tərəfindən ölümünə döyülmüşdü.
Həmid əl-Sarinin də cənazəsi kimsəsiz bir məntəqədə aşkar edilmişdi.
