Deso Dogg kimi tanınan məşhur reper qeyriadi bir hərəkətdə İslam Hökuməti uğrunda cihad adlandırılan işdə iştirak etmək məqsədilə Suriyaya daxil olub.
Bu alman reper 2008-ci ildə İsrail rejiminin Qəzzədə uşaqları qırğın etməsinin təsiri altına düşərərk, müsəlman olduğunu elan etmiş və özünə “Əbu Malik” ləqəbini vermişdi.
Əbu Malik müsəlman olduqdan sonra 4 il Avstriyada həbsdə olmuş əl-Qaidə sərkərdələrindən Əbu Üsamə əl-Qərib ilə yaxın münasibətlər qurur.
Asiya Xəbər Agentliyi bir neçə gün öncə Əbu Malikin cihad məqsədilə Suriyaya getməsi haqda məlumat əldə edib və cihad mənbələri də bu xəbəri təsdiq ediblər.
Bundan öncə livanlı müğənni Fəzl Şakir oxşar hərəkətdə Əhməd əl-Əsir terror dəstəsinə qoşulmuşdu.
Yüzlərlə avropalı ötən 2 ildə Suriyaya gedərək, İslam hökuməti yaratmaq üçün cihada qatılıblar. İndiyə kimi Suriya ordusu ilə döyüşlərdə onlarla bu kimi adam həyatını itirib.