Almaniyalı bir tacir, Almaniyanın İran əleyhindəki sanksiyaların qaldırılmasını gözlədiyini və sanksiyalar qalxar qalxmaz İran bazarına girəcəyini vermişdir.
Almaniya xarici ticarət federasiyası başçısı Antuan Boyrner dünən Berlində qatıldığı bir mətbuat konfransında, İran və Almaniyanın uzun illər boyunca çox yaxın və sıx əməkdaşlıq içində olduqlarını və indi də sanksiyaların qaldırılması vəziyyətində iki ölkə arasındakı əməkdaşlığın təkrar qısa bir müddət içində köhnə səviyyəsinə gələcəyini və Almaniyanın bu mövzuda bütün hazırlıqları tamamladığını bildirdi.
Boyrner elə bir mühitdə bu şərhi etməkdədir ki bu yaxınlarda nəşr olunan bir hesabatda keçən il Almaniyanın İrana ixracatının 30% nisbətində artdığını və mövcud əməkdaşlıq imkanlarının 2 milyard 400 milyon dollara çıxdığını göstərir.
Almaniya ənənəvi olaraq Avropa qitəsində İranın ən böyük ticarət ortağı olaraq bilinməkdədir.