AsyaDünyaİranXƏBƏRLƏR

“Əl-Həyat”ın Qərbin Suriya müqabilində İrana təklifi barədəki iddiası təkzib olunub

İran xarici işlər nazirinin Ərəb və Afrika məsələləri üzrə müavini Əl-Həyat qəzetinin “Sanksiyaların azaldılması müqabilində Bəşşar Əsədin getməsi ilə razılaşması barədə Qərbin İrana verdiyi təklif”ə dair iddiasını təkzib edib.

Hüseyn Əmir Əbdullahiyan Əl-Həyat qəzetinin “Sanksiyaların azaldılması müqabilində Bəşşar Əsədin getməsi ilə razılaşması barədə Qərbin İrana verdiyi təklif”ə dair iddiasını həqiqətdən uzaq adlandıraraq, deyib: Suriya xalqının özü öz taleyi barədə qərar çıxaracaq.

İran xarici işlər nazirinin müavini əlavə edib: Hətta Rusiya-Amerika müzakirələrində belə, Moskva Bəşşar Əsədin Suriyada prezidentliyinin davam etməsi haqda elan etdi ki, Bəşşar Əsədin prezidentliyinin davam etməsi Suriya xalqının qərarı və iradəsindən asılıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu