Amerikanın müdafiə naziri bu ölkənin hərbi rəhbərlərinin Amerika ordusunda cinsi pozğunluğu dayandırmaqda məğlubiyyətlə üzləşdiklərinə etiraf edib.
Amerikada yayımlanan “Stars and Strips” qəzetinin verdiyi məlumata görə Amerikanın müdafiə naziri Çak Heygel dünən cümə günü bu ölkə ordusunun hərbi başçılarının ABŞ hərbçiləri arasında cinsi zorakılıqların artmasının qarşısını almaqdan ümidsiz olduqlarını da bildirib.
Amerikalı nazir bu ölkə hərbçiləri arasında cinsi zorlama rəqəmlərinin artmasına reaksiyada deyib: Amerikanın hərbi rəhbərləri belə bir problemin olmasına görə, ümidsiz və utanc içindədirlər.
Amerika prezidenti Barak Obama ötən cümə axşamı günü bu ölkə ordusunun hərbçiləri arasında cinsi zorakılıq hallarının həlli üçün sadə və möcüzəvi həll yolunun olmadığını bildirdi.
Pentaqonun ən yeni statistikalarına əsasən ötən milad ili boyu Amerika ordusunun 26 min hərbçisi cinsi zorakılıqların qurbanı olublar.