Almaniya kansleri Krım muxtar vilayətində keçirilən referendumun nəticələrini tanımayacaq .
Almaniya kansleri Angela Merkellə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Almaniya kansleri Krım muxtar vilayətində keçirilən referendumla bağlı Vladimir Putinə etirazını bildirib.
Angela Merkel keçiriləcək referendumu qanunsuz adlandırıb və bunun Ukrayna konstitusiyası, eyni zamanda beynəlxalq hüquqla ziddiyyət təşkil etdiyini vurğulayıb. Almaniyanın baş naziri Rusiya prezidenti ilə danışığnda Krımdakı mövcud problemdən çıxış yolunu tapmaq üçün beynəlxalq müşahidə qrupunun yaradılmamasına da təəssüf etdiyini dilə gətirib.