AzərbaycanXƏBƏRLƏR

“ İranda Səfəvilər dövründən İslam İnqilabına qədər xristian missionerlər” adlı kitabı yayımlanıb

“ İranda Səfəvilər dövründən İslam İnqilabına qədər xristian missionerlər” adlı kitabı yayımlanıb.

İranda İslami Mədəniyyət və Düşüncə Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə yayımlanan bu kitabda bu suallara cavab verilir: “ İranda xristian missionerlərin iştiraklarının səbəbi nə idi? Avropalı xristian missionerlərin iştirakı İran ictimaiyyətinə hansı təsirlərə malik olub? Nə üçün İran xristian missionerlərin diqqət mərkəzində idi və müxtəlif katolik və protestant firqələri nə üçün öz missionerlərini İrana göndərirdilər? Bu missionerlər hansı metodlardan istifadə edirdilər?”

Bu kitabda İranın Milli Sənədlər Təşkilatı, İranın Xarici İşlər Nazirliyi, İran Müasir Tarix Araşdırmalar Mərkəzi, İranın Mədəniyyət və İslami İrşad Nazirliyi habelə Amerikanın Xristian Missionerlər Assosiasiyasının sənədlərindən istifadə edilib. Bu kitabda Səfəvilər dövründə Avropadan İrana göndərilmiş xristian missionerlərin fəaliyyətləri araşdırılaraq, hazırkı dövrdəki xristian missionerlərin bir neçəsi ilə də müsahibə də dərc edilib.

İranda Səfəvilər dövründə Şiə məzhəbinin İranın rəsmi məzhəbi kimi elan edilməsindən sonra Avropa qüdrətləri İslam dini və Şiə məktəbi ilə mübarizə aparmaq üçün xristian missionerləri İrana göndərdilər.

Son zamanlar Sovet İttifaqının dağılmasından sonra Azərbaycan Respublikasının müsəlman xalqının Şiə mentalitetinin yenidən canlanması və yenidən bərpası prosesinin başlanmasından sonra avropalı və amerikalı xristian missionerlər Azərbaycan Respublikasına göndərildilər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu