Tehranın cümə namazı xətibi ABŞ-ın Suriyaya ehtimal olunan hücumunu region və dünya üçün qorxunc fəlakət adlandırıb.
Höccətülislam-vəlmüslimin Kazım Sədiqi bu gün Tehranın cümə namazı xütbələrində ABŞ və müttəfiqlərinin kimyəvi silahlardan istifadə bəhanəsi ilə Suriyaya hücuma hazırlaşmalarına işarə edərək, deyib: Bu hücum region və dünya sülhü üçün faciə olacaq.
Tehranın cümə namazı xətibi əlavə edib: Amerika və onun müttəfiqləri Suriyaya hücumda nəinki heç bir qələbə əldə etməyəcəklər, əksinə İslam dünyası və bütün bəşəriyyətin nifrətini qazanmış olacaqlar.
Höccətülislam vəlmüslimin Kazım Sədiqi qələbənin Suriya xalqı və dövlətinə aid olacağını bildirərək, deyib: Suriya xalqı bütün təzyiqlər qarşısında müqavimət göstərərək, ABŞ-ın bütün fitnələrini alt-üst edəcək.
Tehranın cümə namazı xətibi Misirin hazırkı durumundan da nigaranlıq edərək, deyib: Əliyalın insanları qırğın etmək qəbuledilməzdir.
Tehranın Cümə Namazı xitabətçisi sonra belə vurğulayıb: Misirli ürəkyandıran şəxsiyyətlər elə bir hərəkətlər həyata keçirməlidirlər ki, bu ölkədə vətəndaş müharibəsinin qarşısı alınsın. Çünki Misirdəki daxili müharibə nəinki bu ölkə üçün, bütün İslam ictimaiyyəti üçün acınacaqlı və kədərləndiricidir.
Höccətülislam-vəlmüslimin Sediqi İraq hadisələri haqda da münasibət bildirib.
” Bu ölkədə qanuni bir hökumət hakimiyyətdədir. Amma bu ölkədə bomba yerləşdirmələr, terrorlar və təxribatçılıqlar baş verməkdədir” –deyə Tehranın Cümə Namazı xitabətçisi qeyd edib.
İraqda baş verən bomba partlayışları və terrorların, terrorçuların planı olduğunu bildirən Höccətülislam-vəlmüslimin sediqi sonra deyib: Bu qruplar İraqda firqəvi müharibə törətmək ardıncadırlar ki, bu hədə, Təqlid-mərcələrinin mövqe tutmaları, İslam İnqilabının Böyük Rəhbərinin tövsiyələri və yol göstərmələri habelə sünni əhlinin din alimlərinin doğru-düzgün davranışları ilə zərərsizləşdirilibdir.