Rusiyalı tanınmış siyasətçi Amerikanın Mərkəzi Asiya ölkələrini Çinlə qarşı-qarşıya gətirməklə regionu Qərblə Şərq arasındakı qarşıdurma məkanına çevirdiyinə inanır.
Tanınmış rusiyalı siyasətçi və Rusiyada Dini Məsələlər üzrə Komitəni sədri Heydər Camal Qazaxıstanın Kaniyus xəbər portalı ilə müsahibədə deyib: Amerika tam məqsədyönlü olaraq, Mərkəzi Asiya ölkələrini Çinlə qarşı-qarşıya qoymağa çalışır.
Onun sözlərinə görə Mərkəzi Asiya məntəqəsi Çinlə qərbin qarşılaşmasının açarıdır.
Heydə Camal “Tacikistanın hazırkı vəziyyətini necə görürsünüz?” sualına cavabda deyib: “Hər şey Çinlə Amerika arasında gərginliyin davam etməsinə bağlıdır. Mərkəzi Asiya rəhbərləri həmin kommunist partiyasının rəhbərləridirlər ki, hal-hazırda bu ölkələri idarə edirlər. Onlar heç bir vəchlə ölkələrini Çinlə qarşı qarşıya gətirməzlər və yalnız Amerika bu vəziyyəti öz xeyrinə dəyişir”.
Rusiyanın Dini Məsələlər üzrə Komitəsinin sədri Mərkəzi Asiya məntəqəsinin İran, Rusiya, Əfqanıstan və Pakistan kimi mühüm ölkələrlə yaxın münasibətlərinə görə Mərkəzi Asiya ölkələrini dünya qüdrətlərinin qarşılaşması üçün tale təyinedici bir meydan olduğunu da bildirib.
Heydər Camalın nəzərincə, Amerika və bu ölkənin müttəfiqləri Çinin Mərkəzi Asiyadakı nüfuzunu boşa çıxarmaq istəyirlər və bu hədəfə çatmaq üçün ilk mərhələdə Rusiyanın ikinci mərhələdə isə İranın nüfuzunu boşa çıxarmağa cəhd göstərirlər.
Rusiyanın Dini Məsələlər üzrə Komitəsinin sədri sonda deyib: Əlbəttə ki, Rusiya da Mərkəzi Asiyada mənafelərə malikdir və Rusiyanın aktiv bir amil kimi regionda olduğu zamana qədər, bu ölkə Amerikaya öz planlarını icra etməyə icazə verməyəcək.