Cenevrə-2 İclasının dəqiq zamanını təyin etmək məqsədilə Amerika, Rusiya və BMT nümayəndələri arasındakı üçtərəfli iclası nəticəsiz olaraq sona çatıb.
Röyters Xəbər Agentliyinin verdiyi məlumata görə Rusiyanın xarici işlər nazirinin müavini Gnadi Gatilov Suriya haqa BMT və Amerikanın nümayəndələri ilə olan iclasın sona çatmasından sonra, Cenevrə-2 İclasının keçirilmə tarixi haqda heç bir razılığın əldə edilmədiyini bildirdi.
Amerikanın dövlət katibi və Rusiyanın xarici işlər nazirinin təşəbbüsü ilə Suriya dövləti ilə müxaliflər arasında bilavasitə dialoqun keçirilməsi məqsədilə keçirilməsi planlaşdırılan Cenevrə-2 İclası silahlı müxaliflərin sabotajları və maneçilikləri habelə silahlı döyüşmələrin davamına təkid etmələri ilə dalana dirənib.