Amerikalılar da Asim Mollazadəyə gülüblər!
ABŞ Konqresinin Helsinki Komitəsində Azərbaycan Respublikası Parlamentinin anti İran və sionist rejimə asılı olan deputat Asim Mollazadəyə gülüblər.
“Problemli tərəfdaş-Azərbaycanda artan avtoritarizm və insan haqları” dinləmələrində
Asim Mollazadənin Azərbaycan üçün təhlükələrin Rusiya və “Hizbullah”dan gəldiyini bəyan etməsi və yersiz bu mövzuya keçməsi bu gülüşə səbəb olub.
Dinləmələrdə iştirak edən politoloq Ramis Yunus bildirib : “ Birincisi həmin sualın yeri deyildi. İkinci, hakimiyyət dinləmələrin keçirildiyi zalı öz lobbiçiləriylə doldurmuşdu. lobbiçilərin bəzilərini jurnalist kimi təqdim etmişdilər. Asim Mollazadə bu günlərdə “Şöhrət” ordeni alıb, amma müxalifətçi kimi özünü təqdim edirdi. Əlbəttə, bunları xatırlamaq ağırdır, Mollazadə AXCP sədrləri Əbülfəz Elçibəy və Əli Kərimlinin müavini olub, indi isə belə… Amerikalılar onun çıxışına güldülər, çünki sualının mövzuya heç bir aidiyyatı yox idi.”
Politoloq əlavə edib : “Hətta tədbirdən sonra ABŞ nümayəndələrindən biri dedi ki, Azərbaycan hökuməti neçə illərdir amerikalıları islam amiliylə qorxudur.”
Ramis Yunus əlavə edib : “Mən onlara Azərbaycanın indiki dövrünü İranın şahın devrilməsindən bir neçə il əvvəlki zamanını xatırladaraq dedim ki, Azərbaycanda demokratiyaya dəstək vacibdir.”