Bişkekdə çıxan çoxtirajlı bir nəşr ABŞ-ın Qırğızıstandakı bazasını bu ölkə hökuməti üçün ən böyük başağrısı adlandırıb.
Jani Agim qəzeti 2009-cu ildə Qırğızıstanda Manas hərbi hava bazasının bağlanması və rəsmi Bişkekin mövqeyinin dəyişməsi ilə bağlı qızğın mübahisələrə toxunaraq yazıb: Bu məsələ təxminən 4 il sonra Qurbanbek Bakiyev hökumətinin süqutu ilə nəticələndi və hazırda görünür Almazbek Atambayev də buna görə iki yol ayrıcında qalmışdır.
Bu qəzetin yazdığına görə Qırğızıstan hökuməti indiyə qədər cari ilin fevral ayında 2014-cü ildə Manas bazasının bağlanması qərarını verib. Bu qərar bu ölkə parlamentinin Müdafiə və Təhlükəsizlik komitəsi tərəfindən də dəstəklənib.
Hazırda parlamentin digər iki komitəsinin də razılığı gərəkdir ki, bu məsələ parlamentin müzakirəsinə çıxarılsın və deputatların əksəriyyətinin razılığı olduğu halda Manas bazasının fəaliyyətinin dayandırılması gerçəkləşə bilər.