İranXƏBƏRLƏR

Amerikanın İrana qarşı sanksiyaları şiddətləndirib

Amerika İranın prezident seçkiləri ərəfəsində özünün İrana qarşı sanksiyalarını şiddətləndirib.

Ağ Ev İranda seçkilər ərəfəsində bildiribdir ki, ABŞ prezidenti Barak Obamanın göstərişinə əsasən bu ölkə, İranın milli pulu rial valyutası və avtomobil sənayesinə qarşı yeni sanksiyalar tətbiq edibdir.

Ağ Ev-in sözçüsü Cey Karni deyib: Bu sanksiyalardan məqsəd İranın nüvə silahlarına yiyələnməsinin qarşısını almaqdır.

Yeni sanksiyalara əsasən Amerika, rial alış-satışı üzrə mühüm ticarət mübadilələrində bilərəkdən fəaliyyət göstərən yada ki, riala əsasən olan İran xaricindəki bank hesablarını qoruyan xarici maliyyə qurumlarını sanksiyaya məruz edəcək.

Bu ilk dəfədir ki, sanksiyalar, bilavasitə olaraq, İranın pul vahidi rialı hədəf tutur.

Həmçinin bu sanksiyalara əsasən İranın avtomobil sənayesində satış, mühüm mallar və detalların təmini ya köçürülməsi yada ki, bu haqda olan sənaye xidmətlərinə şərait yaradan şəxslər sanksiyaya məruz ediləcəklər.

Siyasi müşahidəçilər Amerikanın sanksiyalar kartından İran seçkilərinə təsir etmək üçün istifadə etməyə cəhd etməsi qənaətindədirlər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu