AzərbaycanİranXƏBƏRLƏR

Qalibaf: Azərbaycana iftixar edirəm

İranda prezident seçkiləri namizədlərindən biri olan Məhəmməd Baqir Qalibaf Təbrizə səfəri zamanı deyib: İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei buyurublar ki, Azərbaycan İranın başıdır və biz də Azərbaycana fəxr edirik.

Məhəmməd Baqir Qalibaf əksər seçki namizədləri kimi və din alimlərinin İran xalqı nəzdində yüksək yerlərinə hörmət nişanəsi olaraq, ilk olaraq Ayətullah Möhsün Müctəhid Şəbistərinin görüşünə gedib.

Qalibaf sonra Təbriz əhalisinin toplusunda deyib: Böyük din alimləri, əllamələr, şəhidlər, qeyrət və izzət comərdlərini Azərbaycanda görmüşük. Məşrutə zamanından indiyə qədər Azərbaycan tarixinə baxdığımızda, İran xalqının Azərbaycana borclu olduğu tam şəkildə hiss edilir. Bu gün mən əlimi Xorasandan sizə doğru uzadıram.

Qalibaf İranlıların bütün zaman kəsiklərindəki birliyi və həmrəyliyi haqda da deyib: Şərqi Azərbaycanda zəlzələnin baş verdiyi zaman bütün iranlılar öz həmvətənlərinə tam əzmkarlıq və ürəklə yardıma getdilər və yenə də inşallah yardım edəcəyik. Mən öz vəzifəm bilirəm ki, bu mövzuya diqqət edəm.

İranda prezident seçkiləri namizədlərindən olan Qalibaf Səhər Beynəlxalq Telekanalı müxbirinin ” İnşallah əgər İran prezidenti seçilsəniz, Azərbaycan ostanlarına hansı işləri görəcəksiniz?” sualına cavabda deyib: Bismillahirrəhmanirrəhim, Diqqət etdiyimiz zaman görürük ki,Azərbaycan məntəqəsi və ümumilikdə ölkənin şimal-qərbi, məşrutə dövründən indiyə kimi müxtəlif mərhələlərdə həmişə öz borcunu İran və İslam qarşısında tam şəkildə yerinə yetirib. Ölkənin şimalında inkişaf etmək üçün böyük fürsəti sayılır.

Mən belə fikirləşirəm ki, İranın şimal-qərbi və Azərbaycan ostanları yəni Şərqi və Qərbi Azərbaycan ostanları və Ərdəbil , sənaye baxımından və kənd təsərrüfatı sahəsində İran İslam Respublikasının inkişafa doğru hərəkətinin ən əhəmiyyətli darvazalarındandır. İnsaf ilə deməliyik ki, idarəçilik, elm və sənaye və ümumilikdə zəhmət çəkmək baxımından İranın Azərbaycan məntəqəsinin əhalisi ölkədə digərləri ilə müqayisədə yuxarı bir pillədə yerləşir. Ümid edirəm ki, yenə də bu məntəqə bu seçkilərdə də həm ölkənin şimal-qərbinə həm də bütün İrana iftixar yaradacaq.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu