DünyaİranXƏBƏRLƏR

Bu gün İranda Neft Sənayesinin Milliləşdirilməsi Gününün ildönümüdür

Bu gün çərşənbə axşamı 2013-cü milad ili martın 19-u, 1391-ci hicri şəmsi ili isfənd ayının 29-u İranda Neft Sənayesinin Milliləşdirilməsi Gününün 62-ci ildönümü günüdür.

1951-ci milad ili mart ayının 20-də İranla İngiltərə əlaqələrində bir dövr çaxnaşmalı siyasi dövrün yaşanmasından sonra ingilislərin əli İranın neft sənayesindən kəsildi.

62 il öncə belə bir gündə İran Məclisinin millət vəkilləri çoxlu daxili və xarici fitnəkar planlara rəğmən İranın Neft Sənayesinin Milliləşdirilməsi Layihəsini təsdiq etdilər və beləliklə İngiltərə dövlətinin İranın neft sənayesinə olan istilasına son verdilər.
İranın Neft Sənayesinin Milliləşdirilməsi üzrə Qanun Layihəsinin birinci bəndində belə bildirilir: “ İran xalqının səadəti naminə və dünya sülhünün təmin edilməsi məqsədilə İranın neft sənayesi bütün İran məntəqələrində heç bir istisna olmadan milli elan edilir. Yəni bundan sonra İranda neft yataqlarının kəşf edilməsi, neftin çıxarılması və neftdən istifadənin edilməsi  İran dövlətini ixtiyarına verilir”.

İranın Neft Sənayesinin milliləşdirilməsi İran xalqının anti-müstəmləkəçilik mübarizələri tarixində bir dönüş nöqtəsinə çevrilməkdən əlavə, Yaxın və Orta-Şərq məntəqəsinin siyasi dəyişikliklərində parlaq bir fəslin açılmasına da səbəb oldu.

İranın Neft Sənayesinin milliləşdirilməsinin beynəlxalq və regional təsirlərinə görə bu inqilabçı hərəkət İngiltərə müstəmləkəçiliyinin başçılarında dərin bir şokun yaranmasına səbəb oldu.
İranda Neft Sənayesinin milliləşdirilməsi ilə Yaxın və Orta-Şərq məntəqəsində İngiltərə müstəmləkəçiliyinin mövqeyi və durumu kəskin şəkildə təhlükəyə düşdü. Bu hadisə həmçinin müstəmləkəçi İngiltərənin Yaxın və Orta-Şərq məntəqəsindən çıxmasının başlanğıc nöqtəsi oldu.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu