AzərbaycanXƏBƏRLƏR

ARDNŞ də “Global Witness”-i pislədi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Global Witness”-in bu ölkənin neft kontraktları barəsində açıqladığı hesabatı ARDNŞ-in dünyada nüfuzuna xələl gətirməyə cəhd kimi pisləyib.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bir neçə gün öncə “Global Witness”-in açıqladığı “Anonim Azərbaycan: Azərbaycan Dövlət Neft Şirkəti və niyə Hasilat Sənayeləri Şəffaflığı Təşəbbüsü irəli getməlidir” hesabatına cavabda 2000-ci ildə cəmi 22 yaşı olan Anar Əliyevin fövqəladə nüfuzlu və təcrübəli iş adamı kimi təqdim edib və yazıb: “ARDNŞ-in ilk treydinq şirkəti olan SOCAR Trading şirkəti təsis edildi və Anar Əliyevin təşəbbüsü ilə “Lukoyl” şirkətində rəhbər vəzifədə işləmiş və zəngin təcrübəyə malik Valeriy Qolovuşkin onun rəhbərliyinə gətirildi. Qısa bir zaman çərçivəsində görülmüş işlər nəticəsində Azərbaycan nefti dünya birjalarına ilk dəfə olaraq birbaşa öz brendi altında çıxarıldı.
Daha sonra ARDNŞ bəyan edir ki, “Global Witness” təşkilatının yaydığı bu “Hesabat” qeyri-obyektiv, məqsədli şəkildə ARDNŞ-nin artan işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığından həmin təşkilatın bu hərəkətini pisləyir.
“Global Witness” SOCAR-ın iştirak etdiyi sövdələşmələrin şəffaf olmadığını, Anar Əliyev adlı şəxsə məxsus şirkətlərin Azərbaycanın neft sənayesi ilə bağlı iştirak etdikləri sövdələşmələrdən 375 milyon ABŞ dolları dəyərində mənfəət qazandığını bildirir. Lakin “Global Witness” bu şirkətlərin müvafiq tender prosesi vasitəsilə seçilməsini təsdiq edən heç bir sübuta rast gəlməyib. Sonradan bəlli olub ki, Anar Əliyev SOCAR prezidenti Rövnəq Abdullayevin yaxın qohumudur.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu