DünyaXƏBƏRLƏR

Vətəndaş Hüquqlarını Müdafiə Təşkilatları ABŞ-ın kəşfiyyat orqanlarından şikayət ediblər

Amerikada vətəndaşı hüquqlarını müdafiə təşkilatları ABŞ-ın kəşfiyyat orqanları və Ədliyyə Nazirliyinə qarşı şikayət ediblər.

BBC Ərəb telekanalının məlumatına görə, bu təşkilatlar telefon danışıqlarının dinlənilməsi və sosial şəbəkələrin izlənilməsinə son verilməsini istəyiblər.
Amerikada Mədəni Azadlıqları Himayə Birliyinin üzvü, vəkil Aleks Əbdü Milli Təhlükəsizlik Təşkilatı, Federal Tədqiqat Bürosu və Ədliyyə Nazirliyinə qarşı şikayətlərin irəli sürülməsinə işarə edərək, deyib: Bu dinləmə əməliyyat casusluq orqanları tərəfindən həyata keçirilən ən geniş və misilsiz informasiya toplama əməliyyatı olub. Onlar ölkədə demək olar ki, bütün telefon danışıqlarını dinləyirlər. ABŞ Konstitusiyası hökumətə belə bir iş üçün icazə vermir. Əgər hökumət müəyyən bir vətəndaşdan şübhələnməyə əsas verən bir sənədə malikdirsə, yalnız həmin şəxsi nəzarətə götürə bilər. Amma, onlar milyonlarla amerikalının telefon danışıqlarını dinləmək səlahiyyətinə malik deyillər.
Vaşinqton ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşlarından olan və telefon danışıqlarının dinlənilməsi əməliyyatını ifşa edən keçmiş agenti cəzalandırmağa çalışır. MKİ-nin bu sabiq əməkdaşı ölkəni tərk edərək, Honk-Konqa sığınıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu