Livan sionist rejimin bu ölkə ilə sərhəd məntəqələrdə dinləmə cihazları yerləşdirməsinə etiraz olaraq BMT-yə şikayət edib.
Livanın xarici işlər naziri Ədnan Mənsur sionist rejimin Livana qarşı casusluq fəaliyyəti ilə bağlı BMT baş katibi Pan Gi Muna məktub göndərməsindən xəbər verib.
Ədnan Mənsur həmçinin, sionist rejim əleyhinə şikayət etməklə yanaşı, Pan Gi Muna sionist rejimin Livan sərhədlərində dinləmə cihazlarının quraşdırılması üzrə qeyri-qanuni hərəkətləri barədə təsvirlər olan bir CD də göndərib.
Livanın xarici işlər naziri həmçinin, Livana qarşı aşkar və ardıcıl təcavüzkarlıq sayılan bu məsələ ilə əlaqədar BMT-nin xarici işlər nazirləri şurasında, Ərəb Liqasının Baş katibinə, İslam Əməkdaşlıq Təşkilatının baş katibinə, Bloklara Qoşulmayanlar Hərəkatının sədrinə və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Katrin Eştona da oxşar məktublar göndərib.
Mənsur sionist rejimin bu düşmənçilik hərəkətini beynəlxalq qanunların və BMT qətnamələrinin xüsusilə də 1701 saylı qətnaməsinin pozulması hesab edib.