Livanın xarici işlər naziri oğurlanmış 4 iranlı diplomatın ailə üzvləri ilə görüşdə Nyu-Yorka səfəri zamanı iranlı diplomatların işini rəsmi formada araşdıracağını deyərək, vurğulayıb: Ədliyyə nazirindən istəmişik ki, bu haqda hesabat hazırlasın.
İran prezidentinin müşaviri və oğurlanmış İran diplomatlarından Seyid Möhsün Musəvinin həyat yoldaşı olan Məryəm Müctəhidzadə 4 iranlı diplomatın ili ilə bağlı səylərinə görə Ədnan Mənsura təşəkkür və ümidvarlıq edib ki, iki tərəf arasında anlaşma yolu ilə bu 4 iranlı diplomatın vətənə geri dönmələri istiqamətində addım atmaq mümkün olsun.
1361-ci hicri şəmsi ili 14 Tir tarixində İranın Beyrutdakı səfirliyinin diplomatik dövlət nişanına malik avtomobili Livanın diplomatik polisinin müşayiəti ilə Tripolidən Beyruta geri dönərkən, İsrailin tabeliyində olan silahlı qüvvələr tərəfindən saxlanılıb. Bu hadisə zamanı İran səfirliyinin müvəqqəti işlər vəkili Seyid Möhsün Musəvi, səfirliyin hərbi attaşesi Hacı Əhməd Mütəvəssiliyan, səfirliyin işçisi Tağı Rəstgar Müqəddəm və İRNA-nın müxbiri Kazım Əxəvan oğurlanıblar. Hadisədən 30 ilin keçməsinə baxmayaraq, hələ də ailələri öz əzizlərinin geri dönəcəkləri günün intizarındadırlar.