Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının dünənki (21 Oktyabr Çərşənbə axşamı) iclasında İordaniya, işğal rejiminə Məscidi-i Əqsanın müqəddəsliyinə zərər verən pozuntuların davam etməsi halında qanlı qarşıdurmaların yaşana biləcəyi xəbərdarlığını etdi.
İordaniyanın BMT-dəki daimi nümayəndəsi səfir Dina Gaavar, Təhlükəsizlik Şurasının Yaxın Şərqdəki vəziyyəti ələ aldığı iclasında, işğal rejiminin Müsəlmanları və Ərəbləri hər cür yolla təhrik qərarlı göründüyünü ifadə etdi.
İsrailin Məscidi-i Əqsanın 1.5 milyard müsəlman üçün qırmızı xətt olduğunu çox yaxşı bildiyinə işarə edən Gaavar, pozuntuların davam etməsi halında İsrailin ərəb ölkələriylə və İslam dünyası ilə qarşı-qarşıya gələcəyini söylədi.
Məscidi-Əqsaya istiqamətli pozuntuların Qəzzada atəşkəs razılaşması təmin edilməsinin ardından diqqət çəkici bir şəkildə artdığını yazan Gaavar, İordaniyanın keçən mart ayında Təhlükəsizlik Şurasını bu mövzuda xəbərdar etdiyini və İsrailin pozuntularının beynəlxalq hüquqa zidd olduğunu bildirdiyini ifadə etdi.
İordaniya nümayəndəsi, ölkəsinin işğal rejiminin Məscidi-Əqsanı hədəf alan pozuntularına qarşı siyasi, diplomatik və hüquqi hər cür yolla qarşı qoymağı və Məscidi-Əqsanı qorumağı davam etdirəcəyini açıqladı.