DünyaXƏBƏRLƏR

Asim Məmmədovun meyiti tapılıb

Bu barədə  onun anasına istinadən məlumat verilib

Məlumatda oxuyuruq : Noyabrın 16-da evdən çıxıb geri qayıtmayan Bakı Dövlət Universitetinin tələbəsi Asim Məmmədovun meyitinin tapılması barədə məlumat yayılıb. FaktXəbər-in məlumatına görə, bu barədə faktı təsdiq edən anası Samirə Məmmədova bildirib ki, onun meyiti dənizdən tapılıb və hal-hazırda morqdadır.

Hadisə ilə əlaqədar olaraq Asim Məmmədovun ailəsinə dərin hüznlə başsağlığı veririk.

Asim Məmmədov noyabrın 16-da internet klubuna getmək adı ilə evdən çıxıb, qayıtmayıb. O, gedəndə mobil telefonunu evdə qoyub. Telefonunda Asim, “Mən belə yaşaya bilmərəm. Məni bağışlayın” qeydini yazıb və yazının fonunda tabut şəkli yerləşdirib. Həmin gün o, “Facebook” şəbəkəsində belə bir status da yazıb: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”. Asim Məmmədovun yaxınları onun itkin düşməsi ilə əlaqədar Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsinə müraciət ediblər.

Asim Məmmədov “Facebook” şəbəkəsində fəal olan dindar gənclərdən biri kimi tanınır. O, bu il aprelin 1-də Nardaranda keçirilmiş aksiyaya görə 12 sutka müddətinə həbsdə saxlanıb.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu