AsyaDünyaSuriyaXƏBƏRLƏR

Suriyanın müxtəlif məntəqələrində terrorçuların tələfatı

Suriyalı mənbələr terrorçu qrupların bu ölkənin müxtəlif məntəqələrində ağır tələfata uğradıqlarından xəbər veriblər.

Suriya televiziyası şənbə günü axşam bildirib ki, İraq sərhədinin yaxınlığında Suriyanın şərqində yerləşən Əl-Məyadin məntəqəsinin yaxınlığında baş verən partlayış nəticəsində azı otuz terrorçu öldürülüb.
Əl-Məyadin məntəqəsi Suriyanın şərqində və İraq sərhədinin səksən kilometrliyində yerləşir və Cibhətunnəsr qruplaşmasının nəzarəti altındadır.
Suriyanın şimalındakı Hələb vilayətində terrorçu qrupların nəzarəti altında olan Ədnan şəhərciyi yaxınlığında ordu qüvvələri ilə terrorçular arasında toqquşma baş verib və on üç terrorçu öldürülüb.
Belə bir halda, Əl-Aləm telekanalı suriyalı qaynaqlara istinadlı bir xəbərdə bildirib ki, Suriya ordusu Əl-Şədadi, Əl-Hul və Təl-Həmis məntəqələrində İŞİD terrorçularından bir qrupunu öldürüb.
Eyni zamanda, Suriya ordusu bu ölkənin şərqində yerləşən Laziqiyyə şəhərinin strateji Kəsəb məntəqəsinin ətrafındakı məntəqələrin azad olunması və Əl-Səmra məntəqəsinə doğru irəliləməsindən xəbər verib.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu